İcraçı, müştəri ilə onun arasında olan çata birinci yaza billərmi?
Yeni bir post haqqında bildiriş aldıqdan sonra, icraçı yaradılmış tapşırığa dair xidmətlərini təklif edə bilər və onu maraqlandıran sualları və ya kommentləri əlavə edə bilər. Lakin müştərilə onu maraqlandıran icraçı arasında çat yazışmasının başlatma hüququ yalnız müştıridədir.
Blink.az-da necə icraçıları tapa bilərəm?
Özünüzə uyğun bir icraçı tapmaq üçün, sizə lazım olan kateqoriyalardaki profilləri gözdən keçirib sizin istəklərinizə ən uyğun olan icraçıya birbaşa iş təklifi verə bilərsiniz. Alternativ olaraq görüləcək işinizi detallı izah edərək saytda post yerləşdirə bilərsiniz, hansına ki icraçılar öz qiymət təklifləri ilə birlikdə cavab verəcəklər. Namizətlərin profillərini gözdən keçirərək, onlarla çat vəsitərilə danışaraq, sizə ən uyğun olan icraçını seçə bilərsiniz.
İcraçı seçərkən müştəri hansı kriteriyalara etibar edə bilər?
Saytdaki bütün icraçıların təsdilənmiş e-poçt ünvanları mövcüddur. Müştərilər icraçıların keyfiyyətini profillərinə əsaslanaraq qiymətləndirə bilər: portfolio, özü haqqında məlumat, həbelə verilən reytinqlər və bitirilmiş iş sayı. Blink.az çat vasitəsilə istədiyiniz icraçı ilə danışmaq və istədiyiniz icraçını seçmək imkanı verir.
Niyə müştərinin postu saytda dərhal yüklənilmir?
Hər bir post Blink administrasiyası tərəfindən postun məzmunu və düzgün tərtib olunmasına dair yoxlanılır. Post təsdiqlənib, saytda yerləşdirildikdən sonra müştəriyə e-poçt vasitəsilə bildiriş göndəriləcək.