AZ

Blink necə işləyir?

İcraçı olaraq Blink-dən necə yararlanmaq olar

Blink sizi gündəlik iş təklifləri və daimi sifarişlər ilə təmin edir.

  • Seçim azadlığı. Blink sizi maraqlandıran layihələrə dair seçim azadlığı ilə təmin edir.

  • Kateqoriyaların müxtəlifliyi. Blink sizi müxtəlif çeşidli kateqoriyalar seçməyə imkan yaradır.

  • Qiymətləndirmə. Blinkın reytinq sistemi, gördüyünüz hər işin keyfiyyətli və uğurla yerinə yetirilməsilə, icraçı kimi sizə qarşı tələbin daha da artırılmasına imkan yaradır.

  • Qazanc artımı. Vebsayt sizə çox sayda sifariş qəbul edib, daimi və əlavə qazanc əldə etmək imkanı yaradır.

Necə icraçı ola bilərəm

  • Profilin yaradılması. Öz təcrübəniz və fəaliyyət sahəniz haqqında ən ətraflı şəkildə məlumat verərək formu doldurun. Bu müştərinin sizə qarşı güvənini artıracaq və icraçı kimi seçilmə şansınızı daha da yüksəldəcəkdir.

  • Kateqoriyaların seçilməsi. İxtisaslaşdığınız bir və ya bir neçə kateqoriyanı seçin.

  • Müraciətlərin cavablandırılması. Müştəri tərəfindən qoyulan postları cavablandırın və seçildiyiniz təqdirdə işə başlayın.

Asan ödəniş

Blink.az, görülən işə görə nə müştəridən nə də ki icraçıdan faiz götürmür. Beləliklə, göstərilən xidmətlərin ödənişləri eləcə də ödəniş şərtləri biləvasitə müştəri və icraçı arasında müəyyən edilir.

İcraçılar kateqoriyaları necə əldə edə bilərlər
İcraçı kateqoriya seçmək üçün aylıq ödəniş həyata keçirməlidir. Ödəniş haqqı seçilmiş kateqoriyadan və kateqoriya sayından asılı olaraq dəyişir. İcraçılar ödənişi Master və Viza kartları vasitəsilə edə bilərlər. Hal-hazırda bütün kateqoriyalar pulsuzdur.