AZ

Təmizlik şirkəti üçün promo materialların hazırlanması - Freelancer Reklam Dizayner

Reklam dizaynı 3 ay əvvəl
Ətraflı məlumat

Freelance Qrafik Dizayner ilə əməkdaşlıq etmək istəyirik.

Təmizlik şirkəti üçün promo materialların hazırlanması (flyer, poster, reklam bannerləri, çap materialları, işçi geyimləri üzərinə dizayn və buna bənzər işlər), SMM üçün dizaynlar hazırlanacaq.

Büdcə: Hər dizayn üçün ayrıca danışılacaq, razılaşma yolu ilə

Sadəcə porfolioya baxılacaq.

Kimi axtarırıq?

- YARADICI və MÜASİR dizayn trendlərini izləyən
- Branding, marketing üzrə anlayışı olan
- Adobe proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Verilən task üzrə, verilən hədəf kütləyə uyğun, özü konsept hazırlayıb, qrafik proqramlarında çapa uyğun dizayn etsin
- Rəng uyğunluğu, tipoqrafiyaya xüsusi diqqət edən
- Keyfiyyətli və sürətli işi təhvil vermə bacarığı

Kimi axtarmırıq?

- yeni başlayan təcrübəsizlər
- kreativlik və öz fikri olmayanlar, hardansa kopyalayanlar
- Photoshopda bir iki tool öyrənib özünə "dizayner" deyənlər
- məsuliyyət daşıya bilməyənlər
- fantastik qiymət təklif edəndlər
- portfoliosu olmayanlar

İlkin mərhələdə freelance, daha sonra korporativ iş təklif oluna bilər.

Təkliflər (13)

Bu elana təklifinizi vermək istəyirsizsə qeydiyyatdan keçin.

Blink sizi gündəlik iş təklifləri və daimi sifarişlər ilə təmin edəcək.

İcraçı ol

Büdcə ilə əmin deyiləm

Yerləşdirilib

Elgün Yusifbəyli


Oxşar elanlar